Əsas Səhifə > Partiya, Güney Press > “AXCP sözdə siyasi xarakterlidir, işdə kiçik biznesdir"

“AXCP sözdə siyasi xarakterlidir, işdə kiçik biznesdir"


24-09-2014, 11:11
“AXCP sözdə siyasi xarakterlidir, işdə kiçik biznesdir"
“Kimlərsə AXCP üzvlüyündən gedir və kimlərsə gəlir. Bu prosesin əhəmiyyətinin olub-olmamasını müəyyənləşdirmək mümkünsüzdür”.

Bu fikri Hafta.az-a açıqlamasında eks spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev deyib. O bildirib ki, hər hansı partiyanın bugünkü və sabahkı əhəmiyyəti, ölkəsinin siyasi həyatında nəyi isə dəyişdirməklə bağlıdır:

“AXCP dünən, bu gün və sabah Azərbaycanın həyatında heç bir rol oynamayıb və oynamayacaq da. AXCP “matematika dili” ilə 0 vur X(x 1-dən tutmuş 100 minə qədər ola bilər)=0-dır. X partiya üzvlərinin sayıdır. Gördüyünüz kimi, plan və proqram olmadığından üzvlərin sayının neçə olmasının heç bir əhəmiyyəti yoxdur. AXCP liderlərinin axırıncı nəfəsinə qədər yeganə üzvü qalsa belə özünü ''Azərbaycanın ən güclü partiyası'' hesab edəcək. Bu partiya sözdə siyasi xarakterlidir, işdə kiçik biznesdir. Sadəcə olaraq, bu biznes 5-10 nəfəri dolandırır”.

Qeyd edək ki, dünən AXCP Ali Məclisin üzvü olan Elçin Rüstəmli partiyadan istefa verib.

Geri qayıt