Əsas Səhifə > Partiya, Güney Press > Vəhabilərin başında Fazil Mustafa durur...

Vəhabilərin başında Fazil Mustafa durur...


23-09-2014, 10:44
Vəhabilərin başında Fazil Mustafa durur...
Millət vəkili Fazil Mustafa onu hədəfə alan dairələr haqqında bir maraqlı status paylaşıb və ona şərh vermədən Moderator.az oxucularına təqdim edirik:

"Dostlardan biri məlumat verdi ki, dünən Bakıxanov qəsəbəsində yas məclisini aparan molla, ehsanların yığışdırılması ilə bağlı belə bir izah verib: Yaslarda yemək yemək bizim milli adətimizdir, ehsan verməməyi təbliğ edənlər vəhabilərdir, onların başında da Fazil Mustafa durur. Demək ki, ehsan mafiyası artıq öz müqavimət formasını tapıb. Qarınlarını doydurmaq üçün yoxsul insanların iztirabdan qurtulmasını belə əngəlləməyə çalışırlar. Həmin mollanın kimliyini araşdırıram və təbii ki, məsələnin mənbəyinə gedib çıxmağa çalışacağıq. Maraqlıdır ki, dünən İrandan idarə olunduğu bəlli olan Şanlı İldırım adlı profildən də təhqiramiz mesaj aldım və orada da məni Yəhudilərə işləməkdə suçlayırdı. Ötən günlərdə də burada paylaşmışdım, xüsusi xidmət orqanlarımızla bağlılığı olan bir ilahiyyatçı Türkiyə kanalında məni Nurçu adlandırmışdı. İndi qalmışam məhəttəl, bunlar arasında görünür ki, koordinasiya yoxdur ki, müəyyən etsinlər ki, Mən kiməm! Aşıq Ələsgər gözəl demiş, deyilmi:
Hərcayıdan, müxənnəsdən, nakəsdən,
Nə qalmadı sənətkara dəyməmiş.
Dostlar, bu yolda hər şey deyəcəklər, Allahı, İnsanı və Vətəni sevməyin bəlkə də çiləsidir bu. Devlərin aşqı da, çiləsi də böyük olur!"

Geri qayıt