Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu Əli Kərimlinin yox, KXCP-nin tərəfini tutdu

Sərdar Cəlaloğlu Əli Kərimlinin yox, KXCP-nin tərəfini tutdu


19-09-2014, 11:27
Sərdar Cəlaloğlu Əli Kərimlinin yox, KXCP-nin tərəfini tutdu
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun Milli Şuranın son iclasında iştirak etməməsi partiyanın bu qurumu təkr edib-etməyəcəyi məsələsini gündəmə gətirib.

Bunun səbəbinin KXCP ilə Azərbaycan Xalq Cəbhəsi arasındakı soyuqluqdan qaynaqlandığı iddia edilsə də AXCP sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, partiyalar arasında heç bir problem yoxdur.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, bu iki partiya heç vaxt müttəfiq olmayıb.

O, AzVision.az-a açıqlamasında bildirib ki, KXCP ilə Milli Şura arasındakı münasibətlərin soyuqluğu təbiidir: “Milli Şura seçkiqabağı blok idi, ona görə bu partiyalar bir araya gəlmişdi. İndi seçki bitib bu, artıq siyasi bloka çevrilib. Klassik Xalq Cəbəhsi Partiyası da siyasi partiyaların demokratiya və insan haqları mərkəzində aktiv fəaliyyət göstərir. Buna görə də mövqeyini müəyyənləşdirib və tamamilə düzgün hərəkət edib”.

KXCP-nin sədr müavini Xəzər Teyyublu isə bildirib ki, KXCP-də Milli Şuranı tərk edib- etməməsi müzakirə olunmur: “İki gün əvvəl müxalifətin böyük iclası keçirildi və qarşıdan bələdiyyə seçkiləri gəlir. KXCP-də seçkiyə ciddi hazırlıq gedir”.

Geri qayıt