Əsas Səhifə > Partiya, Güney Press > "KXCP hal-hazırda da Milli Şuranın üzvü olaraq qalır"

"KXCP hal-hazırda da Milli Şuranın üzvü olaraq qalır"


18-09-2014, 12:21
"KXCP hal-hazırda da Milli Şuranın üzvü olaraq qalır"
Milli Şuranın son toplantısında yeni üzvlərin qəbul edilməsi şura daxilində narazılıqlar yaradıb.

AXCP-nin təklifi ilə şuraya qəbul edilən üzvlər KXCP funksionerlərinin narazılıqları ilə qarşılanıb. Nəticədə isə Milli Şura böyümək əvəzinə, KXCP-siz qalmaq təhlükəsi ilə üzbəüzdür.

Məsələ ilə bağlı Milli Şuranın sədri Cəmil Həsənli ilə əlaqə saxladıq. C.Həsənli bildirdi ki, bu mövzuya münasibət bildirmək istəmir.

Hafta.az-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev isə baş verənlərə aydınlıq gətirdi. O bildirdi ki, hər bir partiya öz təklifini irəli sürməkdə sərbəstdir:

“Həmin üzvlərin adlarını bir-bir qeyd etmək istəmirəm. Çünki mətbuatda onlar haqqında məlumatlar verilib artıq. Toplantıda Milli Şuraya 8 nəfər yeni üzv qəbul olundu. KXCP-nin narahatlığına gəlincə, hər bir partiya qərar verməkdə və fikrini bildirməkdə müstəqildir. Onlar üzvlərlə bağlı öz fikirlərini söyləyiblər və buna da tam ixtiyarları var. KXCP hal-hazırda da Milli Şuranın üzvü olaraq qalır. Sadəcə olaraq, məsələdən narazıdırlar və bunu ifadə ediblər”.

R.Nurullayev bildirib ki, KXCP öz seçimində sərbəstdir:

“İstəsələr Milli Şuraya onlar da üzvlər təklif edə bilərlər. Yaxud da Milli Şurada qalmaq və çıxmaq kimi seçimlərində azaddırlar. Bu onların daxili işləridir və buna qarışmaq istəməzdim”.

Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şura haqqında danışmaq istəməyib. O bildirib ki, AXCP tərəfindən təklif edilən üzvlərin Milli Şuraya qəbul edilməsinə razı olmayıblar.

Geri qayıt