Əsas Səhifə > Partiya, Güney Press > Ukrayna Azərbaycanlı Gənclər Birliyinə yeni sədr seçilib

Ukrayna Azərbaycanlı Gənclər Birliyinə yeni sədr seçilib


17-09-2014, 10:14
Ukrayna Azərbaycanlı Gənclər Birliyinə yeni sədr seçilib
Kiyevdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) hesabat seçki konfransı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “Media forum” saytına verilən məlumata görə, Ukraynanın 20 vilayətindən 80 gəncin qatıldığı konfransda quruma yeni sədr seçilib: Anar Tahirovu İlhamə Allahverdiyeva əvəzləyib.

İlhamə Allahverdiyeva Kiyev vilayətinin Pripyat şəhərində doğulub, Taras Şevçenko adına Milli Universitetin tarix fakültəsinin məzunudur. O, UAGB sədrinin müavini və İdarə Heyətinin üzvü idi.

Ukrayna Azərbaycanlıları Gənclər Birliyi 2010-cu ildə təsis edilib. Vilayətlərdə regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı, futbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi qədim adət-ənənələri, mədəni irsi qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai-siyasi həyatına inteqrasiyasını təmin etməkdən ibarətdir.

Geri qayıt