Əsas Səhifə > Partiya, Güney Press > “Bizə Rusiyanın dəstəyi lazım deyil, probemlərimizi özümüz həll edə bilirik”

“Bizə Rusiyanın dəstəyi lazım deyil, probemlərimizi özümüz həll edə bilirik”


13-09-2014, 11:18
“Bizə Rusiyanın dəstəyi lazım deyil, probemlərimizi özümüz həll edə bilirik”
“Azərbaycan kifayət qədər güclü dövlətdir. Bizə nə Rusiyanın dəstəyi lazımdır, nə də Qərbin. Biz Ermənistandan fərqli olaraq öz problemlərimizi özümüz həll edə, öz qəarımızı özümüz verə bilirik”.
Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov söyləyib.
Onun sözlərinə görə, məhz müstəqil siyasət yürütdüyünə görə, Azərbaycana təzyiq etmək istəyirlər: “Qloballaşan, müasir dünyada dünya gücləri bütün dövlətləri öz təsir dairəsinə almaq istəyir. Kim bunu bacardı, həmin dövlətə münasibətdə “səxavətli” olur. Biz bunu Ermənistanın, digər postsovet dövlətlərinin timsalında aydın görmüşük. Azərbaycan isə bu mənada fərqlidir. Biz bütün dövlətlərlə normal, qarşılıqlı, milli maraqlarımıza uğyun siyasət qururuq. Məhz elə bunun nəticəsidir ki, ölkəmiz bu gün regionun həlledici dövlətinə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin uzanması, dünya birliyinin işğalçılıq faktına göz yumması da bununla bağlıdır və bəzi qüvvələr bu yolla ölkəmizə təsir imkanlarını əldə saxlamağa çalışırlar”.

Geri qayıt