Əsas Səhifə > Partiya, Güney Press > "Başqaları başqa cür düşünə bilər və onların fikrinə hörmətlə yanaşırıq"

"Başqaları başqa cür düşünə bilər və onların fikrinə hörmətlə yanaşırıq"


6-09-2014, 11:51
"Başqaları başqa cür düşünə bilər və onların fikrinə hörmətlə yanaşırıq"
“Müsavat qurultayının keçirilməməsi müzakirə olunmur, keçirilməlidir. Sadəcə olaraq Əmircandakı mədəniyyət mərkəzində keçirilməməsi müzakirə oluna bilər”.

Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı bildirib.

Partiyanın qurultay məsələsində yekun qərar vermədiyini deyən T.Abbaslı vurğulayıb ki, qurultayın yeri Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin 24 üzvünün rəyi ilə müəyyən olunacaq:

“Mənim fikrim isə belədir ki, Əmircandakı mədəniyyət mərkəzində keçirilməsin. Daha normal və uyğun şəraiti olan yerin ayrılmasına nail olmaq lazımdır. Partiyanın qərargahında keçirilməsi fikirinə gəlincə isə bu barədə də eyni fikirdəyəm. Başqaları başqa cür düşünə bilər və onların fikrinə hörmətlə yanaşırıq. Amma qərargahda qurultayın keçirilməsinə texniki imkanlar şərait yaratmır. Bizim zalın maksiumum 150 nəfərlik tutumu var. Amma qurultayda 600 nəfərdən çox qurultay iştirakçısının, 200 nəfərdən çox isə qonağın iştirakı gözlənilir”.

Müsavat başqanının müavini Gülağa Aslanlı isə qurultayın keçirilməsi üçün partiya qərargahını uyğun hesab edir. Onun sözlərinə görə, sentyabrın 27-ə təyin edilən qurutay partiya qərargahında keçirilə bilər.

Müsavatda başqanlıq seçimləri davam etdiyi vaxtda partiya fəalları arasında ciddi fikirayrılığı mövcuddur.

Geri qayıt