Əsas Səhifə > Partiya, Güney Press > Kimsə cəbhədəki vəziyyətlə bağlı özündən nəsə uydurursa...
Kimsə cəbhədəki vəziyyətlə bağlı özündən nəsə uydurursa...4-09-2014, 11:25 |
Bu, çox ciddi məsələdir, dövlətimizin başçısı hər zaman belə həssas məsələlərdə diqqətli olmağı tövsiyə edib. Gün.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov cəbhə xəttində baş verən son gərginlik zamanı bu hadisələrlə bağlı bəzi KİV-lərdə qeyri-obyektiv məlumatlar yayılmasına, bununla əlaqədar Prezident Administrasiyasında keçirilən məlum müşavirəyə, o cümlədən, gələcəkdə belə halların aradan qaldırılması üçün qanunvericilikdə hansısa dəyişikliklərin edilməsi məsələsinə münasibətini bildirərkən deyib. "Bu günlərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi də keçirilib" - deyən S. Novruzovun sözlərinə görə, müşavirədə Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb. O bildirib ki, dünya praktikasında belədir ki, bu tipli məsələlərlə bağlı dövlət orqanlarının mətbuat xidmətindən məlumatlar alınmalıdr. Onun dediyinə görə, kimsə cəbhədəki vəziyyətlə bağlı özündən nəsə uydurursa, yaxınlarından nəsə eşidirsə və onu KİV-ə ötürürsə, bu, təxribatdır. S.Novruzov deyib ki, belə xəbərlər həm valideynləri narahat edir, həmçinin, ordu haqqında mənfi imic formalaşdırmağa xidmət edir: "Sovet dövründə vətəndaşlarımız tanımadığı ölkələrə hərbi xidmətə gedirdilər. Bunun bir çox çətinlikləri vardı. İndi isə gənclərimiz öz ərazisində xalqına, dövlətinə xidmət edir və bu da şərəflidir. Mən başa düşürəm, cəmiyyətdə, hər bir ailədə problemlər olduğu kimi, orduda da bəzi problemlər ola bilər. Çünki ordu da cəmiyyətin tərkib hssəsidir. Ordu cəmiyyətdən kənar deyil. Amma kimlərsə cəmiyyətdəki problemləri orduya daşımağa çalışır. Əvvəllər əsgərlərin yaxınlarının toyu və ya yası olanda bunu əsgərə bildirmirdilər. Amma indi isə belə şeylərin hamısından məlumatları var. Bu da əsgərə psixoloji təsir edir. Valideynlər, qohum-əqraba belə hallara yol verməməlidir. Əsgər hərbçidir, orduda onun böyüyü komandir, qohum-qardaşı isə əsgər yoldaşlarıdır. Ordumuzla bağlı vəziyyət, onun fəaliyyəti haqda düşünülməmiş informasiyalar verilməməlidir. Bu baxımdan, informasiya təhlükəsizliyinə ciddi əməl edilməlidir. Hesab edirəm ki, parlamentin payız sessiyasında ordu və təhlükəsizlik məsələsi ilə bağlı qanunlara yenidən baxmalıyıq. Digər tərəfdən, mətbuat haqqında qanuna da dəyişikliklər edilməlidir. Əsaslandırılmamış, mənbəyi məlum olmayan informasiyalar yayanlara qarşı məsuliyyət müəyyən edilməlidir". Geri qayıt |