Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbərin keçmiş müavini Müsavatdan əlini üzüb

İsa Qəmbərin keçmiş müavini Müsavatdan əlini üzüb


2-09-2014, 10:27
İsa Qəmbərin keçmiş müavini Müsavatdan əlini üzüb
“Müsavat Partiyası o güc və ranqda deyil ki, partiyaya kimin rəhbərlik etməsi hakimiyyət üçün maraqlı olsun”.

Bu sözləri Editor.az-a açıqlamasında Müsavat başqanının sabiq müavini, politoloq Qabil Hüseynli söyləyib.

Onun sözlərinə görə, Müsavata kimin başqan seçilməsi ölkənin siyasi həyatına təsirsiz ötüşəcək: “Bu gün Müsavat Partiyası çox zəif və dağınıq formadadır. Partiyanın əvvəlki gücündən əsər-əlamət qalmayıb. Bu mənada mənim qurultaydan gözləntilərim yoxdur. Hesab edirəm ki, qurultay partiyada növbəti parçalanmaların əsasını qoymaqla yanaşı, müxalifətin daha da zəifləməsinə səbəb olacaq. Yəni Müsavatın qurultayı daha çox mənfi nəticələri ilə yadda qalacaq”.
“Müsavatın yeni başqanı kim olacaq” ehtimalı üzərində təəssüratlarını bölüşən politoloq hesab edir ki, mübarizə Arif Hacılı və Qubad İbadoğlu arasında gedəcək: “Arif Hacılı siyasətçi, partiya işini bilən adam olsa da, Müsavatda ciddi təsir imkanlarına malik qarabağlılar onu müdafiə etməyəcək. Qubad İbadoğlu isə partiya işində təcrübəsi az olan isimdir. Bu mənada yeni başqanın kim olacağını indidən söyləmək çətindir”.

Geri qayıt