Əsas Səhifə > Partiya, Güney Press > “Qatıq qaradırsa, mən necə deyə bilərəm, bu ağdır?!”

“Qatıq qaradırsa, mən necə deyə bilərəm, bu ağdır?!”


29-08-2014, 11:48
“Qatıq qaradırsa, mən necə deyə bilərəm, bu ağdır?!”
“Müsavat rəhbərliyində təmsil olunan bəzi şəxslər hadisələrə bolşevik yanaşması ilə münasibət bildirirlər. Necə olur,

Səxavət Əlisoy Müsavatı tərifləyəndə yaxşı olurdu, hansısa məqamı tənqid edəndə, pis”.

Bu sözləri Editor.az-a açıqlamasında bugünlərdə Müsavat başqanının müşavirliyindən istefa vermiş Səxavət Əlisoy söyləyib.

O, bildirib ki, onun Müsavatdakı fəaliyyətinə qısqanc yanaşanlar olub: “Biz demokratik ruhda tərbiyə almışıq, demokratik ruhda mübarizəyə öyrənmişik. Hesab ediriksə ki, hər hansı məsələ yanlışdır, buna etirazımızı bildiririk. Daha düşünmürük ki, bu kiminsə xoşuna gəlməyə bilər. Çox təəssüf ki, cəmiyyətdə, o cümlədən Müsavat Partiyası daxilində bunu həzm etməyənlər var. Onların qənaətinə görə, Müsavat Partiyasının üzvüsənsə, qatıq qara da olsa, ona ağ deməlisən. Bu kökündən yanlış və mənasız bir yanaşmadır. Bu gün Müsavat Partiyası daxilində müəyyən qruplaşmalar var və həmin qruplaşmalara oynayan funksionerlər hər vəchlə bizi gözdən salmağa, haqlı mövqeyimizi fərqli istiqamətə yozmağa çalışırlar”.

Geri qayıt