Əsas Səhifə > Partiya, Güney Press > “Kimin başqan seçiləcəyini Arif Hacılı yox, qurultay müəyyən edəcək”

“Kimin başqan seçiləcəyini Arif Hacılı yox, qurultay müəyyən edəcək”


26-08-2014, 14:35
“Kimin başqan seçiləcəyini Arif Hacılı yox, qurultay müəyyən edəcək”
“Müsavatçılar kiminsə üzünə gülə bilər, amma öz qərarını seçki qutusunun başında verəcəklər”.

Bu sözləri Editor.aza açıqlamasında Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub söyləyib.

Xatırladaq ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı mətbuata açıqlama verərək, başqanlıq uğrunda keçirilən seçkilərdə özünə rəqib görmədiyini bildirib. O, deyib ki, seçkilərin favoriti və qalibi özü olacaq.

Qurultaydan sonra partiyada parçalanmaların olması ilə bağlı suala cavabında Müsavat funksioneri deyib ki, bu onu bir o qədər də maraqlandırmır.

Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub Arif Hacılının mətbuata bu şəkildə açıqlamasını yaxşı hal saymır: “Kimsə özünü şanslı saya bilər. Ola bilər kimlərsə adama vəd də versinlər, üzünə də gülsünlər. Amma bu gizli şəkildə keçirilən seçki olacaq. O ki qaldı kimin başqan seçilməsinə, bunu Arif Hacılı yox, qurultay müəyyən edəcək. Şəxsən mənim qənaətim ondan ibarətdir ki, Qubad İbadoğlunun şansı Arif Hacılının şansından daha çoxdur”.

Geri qayıt