Əsas Səhifə > Partiya, Güney Press > Müsavat Partiyası qurultaya tək namizədlə gedə bilərmi?

Müsavat Partiyası qurultaya tək namizədlə gedə bilərmi?


26-08-2014, 10:26
Müsavat Partiyası qurultaya tək namizədlə gedə bilərmi?
Türkiyədə AKP qurultaya tək namizədlər getməyə qərar verdi. Sentyabrda Azərbaycanda isə Müsavat partiyası hələki bəlli olan 4 namizədlə qurultay keçirməyi planlaşdırır.

Politoloq Qabil Hüseynli Hafta.az-a açıqlamasında bildirib ki, Müsavat Partiyası üçün də qurultaya vahid namizədlə qatılmaq əhəmiyyətli olardı: “Bir neçə namizədlə seçkiyə qatılmaq partiya daxili çəkişmələrə və qruplar arası mübarizələrə səbəb olacaq. Bu da partiyanın zəifləməsi ilə nəticələnə bilər. Təbii ki, bu demokratiyaya ziddir. Amma partiyanın parçalanmasının qarşısını almaq üçün bunu etmək olar. Müsavat rəhbərliyi də partiyanın maraqlarına uyğun davranmalıdı.

Amma bunun ictimai rəydə necə qəbul edilməsini nəzərə almaq lazımdı. Bu baxımdan reallıqda Müsavatın belə bir addım atacağı inandırıcı görünmür. Proqnoz olaraq isə deyə bilərəm ki, əgər Müsavat tək namizədlə qurultaya qatılarsa, o namizəd Arif Hacılı olar”.

Geri qayıt