Əsas Səhifə > Partiya, Güney Press > AMİP bələdiyyə seçkilərinətək getmək qərarına gəldi

AMİP bələdiyyə seçkilərinətək getmək qərarına gəldi


13-08-2014, 12:18
AMİP bələdiyyə seçkilərinətək getmək qərarına gəldi
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) bələdiyyə seçkilərinə tək getmək qərarına gəlib. Bu barədə Trend-ə AMİP sədri Yüsif Bağırzadə deyib.
Y.Bağırzadə qeyd edib ki, bələdiyyə seçkilərinə birgə getmək məqsədilə AMİP təmsil oolunduğu Demokratik Qüvvələrin Birliyinə (DQB) bloka çevrilməklə bağlı təklif verib: "Lakin Birlikdə bununla əlaqədar hələ qərar verilmədiyinə görə, vaxt uduzmamaq üçün AMİP seçkilərə tək getmək qərarına gəldi".
Y.Bağırzadə hesab edir ki, prezident və parlament seçkilərinə nisbətən, bələdiyyə seçkilərinə blok şəklində getmək çətin məsələdir: "Çünki bunun üçün gərək hüquqi baza yaradılsın, birliklər bloka çevrilsin, onların nizamnaməsi dəyişdirilsin. Bütün punlar isə uzun vaxt aparan proseslərdir".
AMİP sədrinin sözlərinə görə, DQB-də təmsil olunan digər siyasi partiyalar da bələdiyyə seçkilərinə tək getmək niyyətindədir: "Ancaq DQB-də təmsil olunan partiyalar bir-birilərinə dəstək verəcək".
Ümumilikdə, AMİP sədri müxalifət partiyalarının bələdiyyə seçkilərinə tək getməyin tərəfdarıdır.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkilərinin bu ilin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulur.

Geri qayıt