Əsas Səhifə > Partiya, Güney Press > “Fikirləşdik ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələnə qədər Ziyalılar Forumunun işini Rafiq Əliyev koordinasiya etsin”

“Fikirləşdik ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələnə qədər Ziyalılar Forumunun işini Rafiq Əliyev koordinasiya etsin”


6-08-2014, 12:18
“Fikirləşdik ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələnə qədər Ziyalılar Forumunun işini Rafiq Əliyev koordinasiya etsin”
Ziyalılar Forumu fəaliyyətini bərpa edə bilər.

Bu barədə APA-ya “El” Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin və Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda ötən il keçirilmiş prezident seçkiləri Ziyalılar Forumunun fəaliyyətində müəyyən durğunluq yaratsa da, indi forumun yenidən bərpası istiqamətində danışıqlar gedir: “Ziyalılar Forumu Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. Rafiq Əliyevlə də görüşüb, danışmışıq. Hamı Ziyalılar Forumunun bərpasının tərəfdarıdır. Fikirləşirik ki, Rüstəm İbrahimbəyov Azərbaycana gələnə kimi Ziyalılar Forumunun işini Rafiq Əliyev koordinasiya etsin və biz mütəmadi toplaşaq”.

Geri qayıt