Əsas Səhifə > Partiya, Güney Press > "Milli Şura bələdiyyə seçkiləri ilə bağlı tədbirlər keçirəcək"

"Milli Şura bələdiyyə seçkiləri ilə bağlı tədbirlər keçirəcək"


21-07-2014, 13:00
"Milli Şura bələdiyyə seçkiləri ilə bağlı tədbirlər keçirəcək"
“Milli Şuranın fəaliyyəti davam edir və Koordinasiya Mərkəzinin üzvləri ölkədə, regionda baş verən proseslərin müzakirəsi üçün mütəmadi olaraq bir araya gəlirlər”.

DİA.AZ xəbər verir ki, bunu Modern.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib. O, Milli Şuranın fəaliyyətini şərh edərkən bildirib ki, adıçəkilən qurum heç də passivləşməyib.

Onun sözlərinə görə, Milli Şura, sadəcə olaraq yay fəsli ilə əlaqədar sessiyalarına ara verib: “Yay fəsli ilə əlaqədar Milli Şuranın sessiyalarına fasilə verilib. Qurumun fəaliyyəti yalnız sessiyalarla dəyərləndirməməlidir. Milli Şuranın fəaliyyətində hər hansı ləngimə yoxdur”.

AXCP rəsmisi onu da söyləyib ki, Milli Şura bələdiyyə seçkiləri ilə bağlı tədbirlər keçirəcək.

Geri qayıt