Əsas Səhifə > Partiya, Güney Press > Sülhəddin Əkbər Sərdar Cəlaloğlunun müdafiəsinə qalxdı

Sülhəddin Əkbər Sərdar Cəlaloğlunun müdafiəsinə qalxdı


18-07-2014, 11:13
Sülhəddin Əkbər Sərdar Cəlaloğlunun müdafiəsinə qalxdı
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Moderator.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun AXC tədbirindəki nitqinin yarıa kəsilməsinə münasibət bildirib. S.Əkbər baş verənlərin arzuedilməz olduğunu vurğulayıb:
“Mən həmin toplantıda olmamışam. Nə baş verdiyinə də şahid deyiləm. Yalnız mətbuatdan baş verənlərlə bağlı informasiya almışam. Təbii ki, fərqli fikirllərə dözümlü yanaşmaq lazımdır. Bu fikirlərin kimin dilindən, kimin tərəfindən səslənməsindən asılı olmayaraq, onlara qarşı dözümlü münasibət ortaya qoymaq lazımdır”.

Geri qayıt