Əsas Səhifə > Partiya, Güney Press > Hakimiyyətin əsas gənclər təşkilatının sədri dəyişdirilir

Hakimiyyətin əsas gənclər təşkilatının sədri dəyişdirilir


27-06-2014, 11:18
Hakimiyyətin əsas gənclər təşkilatının sədri dəyişdirilir
Bu gün “İrəli” İctimai Birliyinin qurultayında təşkilatın hazırkı sədri Rauf Mərdiyev sədr postuna namizədliyini irəli sürməyəcək.

APA-nın verdiyi məlumata görə, bu barədə R. Mərdiyev özü bildirib.

R. Mərdiyev deyib ki, “İrəli” İctimai Birliyinə rəhbərlik etdiyi dövrdə təşkilatın uğurları üçün çalışıb, təşkilatı irəli aparmağa çalışıb.

O, artıq yaşca gənclik mərhələsini arxada qoyduğu, təşkilatın rəhbərliyinə yeni gənclərin, yeni qanun gəlməsi üçün sədr postuna namizəd olmayacağını qeyd edib.

Onun sözlərinə görə, yeni gənclərin gəlişi təşkilatın inkişafında növbəti mərhələyə qədəm qoymasına səbəb olacaq.

R. Mərdiyev təcrübəsi ilə təşkilata hər zaman yardımçı olmağa hazır olduğunu da vurğulayıb.

Geri qayıt