Əsas Səhifə > Partiya, Güney Press > “QHT-lərə məhdudiyyətdən söhbət gedə bilməz”

“QHT-lərə məhdudiyyətdən söhbət gedə bilməz”


25-06-2014, 12:11
“QHT-lərə məhdudiyyətdən söhbət gedə bilməz”
Parlamentin son sessiyasında Sığorta və Bank haqda edilən dəyişiklərə görə yerli və xarici QHT-lərin fəaliyyəti eyniləşdirildi. Bunu “məhdudiyyət” kimi qiymətləndirənlər də oldu.

Konstitusiya Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev Hafta.az-a açıqlamasında dəyişiklikləri şərh edib: “Mən hesab etmirəm ki, bu QHT-lərin fəaliyyətində yeni məhdudiyyətlər yaradacaq. 2013-cü il 17 dekabrda qanunlara edilən dəyişikliklərdən irəli gələn texniki xarakterli dəyişikliklərdir. Həmin dəyişikliklər milli QHT-lərlə xarici QHT-lərin filiallarının fəaliyyətini eyniləşdirir. Hazırkı dəyişikliklər sadəcə reyestr məlumatların alınması ilə bağlıdır. Burada hər hansı bir məhdudiyyətdən söhbət gedə bilməz”.

Ekspert Nzirlər Kabinetinin qərarını da aydınlaşdırıb: “Nazirlər Kabinetinin qərarı ilə edilən dəyişikliklər isə beynəlxalq təşkilatlarla bağlanan müqavilənin müddətinin göstərilməsi ilə bağlıdır. Bu normal bir şeydir. Müqavilə imzaladıqda onun müddətini göstərməlisən. İstəyirsən 1 il, istəyirsən 5 il olsun. Amma bu müqavilədə göstərilməldir. Bu sahədə özünü ekspert kimi göstərmək istəyənlər məsələnin mahiyyəti haqda məlumatsız olurlar. Buna görə də bunu “məhdudiyyət” kimi görürlər”.

Geri qayıt