Əsas Səhifə > Partiya, Güney Press > “Bundan sonra şadlıq saraylarına müraciət edəcəyik"

“Bundan sonra şadlıq saraylarına müraciət edəcəyik"


24-06-2014, 12:02
“Bundan sonra şadlıq saraylarına müraciət edəcəyik"
“Bundan sonra şadlıq saraylarına müraciət edəcəyik. Onların cavabına əsasən müvafiq addımlar atılacaq. Bundan əlavə həftənin şənbə günü partiya məclisinin toplantısında qurultay məsələsi də müzakirə olunacaq”.

Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı partiyanın həllini tapmayaq qurultay məsələsindən danışarkən deyib.

T.Abbaslının sözlərinə görə, meriyanın tövsiyəsinə əsasən, Müsavat qurultay keçirmək üçün şadlıq sarayı axtarışını davam etdirəcək.

“Cavabda sadəcə olaraq tövsiyə olunur ki, Bakı şəhərində yerləşən şadlıq saraylarının biri ilə razılaşıb onlara əvvəlcədən informasiya vermək şərti ilə qurultayı keçirə bilərik. Amma biz bilirik ki, heç bir şadlıq sarayı buna imkan verməyəcək. Buna baxmayaraq, biz yenə də şadlıq saraylarına müraciət edəcəyik.

Ola bilsin ki, ya təşkilat komitəsi, ya da məclis qurultay barədə konkret qərarlar qəbul edəcək. Konkret hansı şadlıq sarayına müraciət ediləcəyinə gəlincə isə 1000 nəfərlik qonaq üçün uyğun şəriatin olduğu şadlıq saraylaırnı araşdırırlar”.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimyyəti Müsavat partiyasının növbəti qurultay müraciətinə cavab verib. Meriya partiyaya qurultay üçün şadlıq saraylarını tövsiyə edib.

Geri qayıt