Əsas Səhifə > Partiya, Güney Press > Daha bir məhbus gənc prezidentə müraciət ünvanladı

Daha bir məhbus gənc prezidentə müraciət ünvanladı


24-06-2014, 11:28
Daha bir məhbus gənc prezidentə müraciət ünvanladı
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Elsevər Mürsəlli müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, “Azadlıq” qəzetinin baş redaktoruna, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə, ”Nida” Vətəndaş Hərəkatına və Mətbuat Şurasına müraciət edib. Müraciətlər Penitensiar Xidmətin saytında yayılıb.

O, “Nida”dan və AXCP üzvlüyündən imtina edir, “Azadlıq “ qəzetinin “vicdan məhbusları” bölümündən fotosunun çıxarılmasını istəyir: “Gənc olduğum üçün cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm”.

Geri qayıt