Əsas Səhifə > Partiya, Güney Press > “Musavat mitinqə min nəfər çıxara bilmirsə, qurultaya niyə min nəfər çağırır?”

“Musavat mitinqə min nəfər çıxara bilmirsə, qurultaya niyə min nəfər çağırır?”


6-06-2014, 10:01
“Musavat mitinqə min nəfər çıxara bilmirsə, qurultaya niyə min nəfər çağırır?”
Mühacirətdə olan eks-spiker Rəsul Quliyev növbəti dəfə ertələnən Müsavat Partiyası qurultayı barədə Moderator.az-a aşağıdakı məzmunda münasibət bildirib:

“Müsavat Partiyasının daxilindəki qarşıdurma onlara qurultaylarını keçirməyə imkan vermir. 3-4 ildir partiyaya guya hökümət şərait yaratmır bəhanəsi altında qurultaylarını keçirmirlər. Bilirlər ki, bu qurultay o partiyanı ən azı iki yerə parçalayacaq,çünki daxili çəkişmələr güclüdür. Bu qurultayın keçirilməməsi üçün hökümət və partiya rəhbərliyi tandem şəklində çıxış edir. Hökümət zəif, ancaq beynəlxalq aləmdə müxalifət partiyası kimi qəbul edilən bir partiyanı itirmək istəmir. Partiya rəhbərləri də de-fakto pozisiyalarını saxlamaqda maraqlıdır. Yoxsa 1000 nəfərlik qurultay kimə lazımdır. Müsavat Partiyası heç mitinqə 1000 nəfər çıxara bilmir, qurultayına nəyə görə min nəfər çağırmalarını başa düşmək olmur. AXCP-də Milli Şura adı altında öz bünövrəsində guya Azərbaycan müxalifətinin əsas birləşdirici oyunçusu kimi ömrünü uzadır.”

Geri qayıt