Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifət bu böhranlı vəziyyəti adlayıb ümumi ortaq bir məxrəcə gələ biləcəksə"...

"Müxalifət bu böhranlı vəziyyəti adlayıb ümumi ortaq bir məxrəcə gələ biləcəksə"...


30-05-2014, 10:47
"Müxalifət   bu böhranlı vəziyyəti adlayıb ümumi ortaq bir məxrəcə gələ biləcəksə"...
Azərbaycan müxalifəti növbəti birliklər yaradan zaman yenə də qrup və şəxsi maraqları milli maraqlardan önəçəkəcəksə, o zaman daha pis formada tənəzüllə uğrayacaq.

Bunu Moderator.az-a açıqlamasında Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib.
Onun sözlərinə görə, müxalifət uğur əldə etmək üçün siyasətçilər və siyasi partiyalar ilk növbədə dünyada, regionda və ölkədə gedən prosesləri dərindən təhlil etmək qabliyyətinə malik olmalıdır. “Bu təhlil zamanı da milli maraqlar qrup və şəxsi maraqlardan öndə ölmalıdır. Əgər bu sıralamanının yeri dəyişəcəksə o zaman yenə də nəticə olmayacaq”.
S.Əkbər hesab edir ki, yeni birliklər yaratmadan öncə ortaq siyasi baxışlar və platforma ətrafında bir araya gəlməlidir: “ Bunlar olmadan müxalifətin birliyi sosial sifariş olsa belə nəticəsi olmayacaq və müxalifətin əvvəlki birlikləri kimi qısa zmanda dağılacaq. Bu da onsuz da pis vəziyyətdə olan müxalifətin durumunu daha pis vəziyyətə salacaq.”
Müxalifətin bu gün üzləşdiyi durumu təhlil edən S. Əkbər təəssüflə deyib ki,müxalifətin bu günkü durumu ölkədəki ictimai-siyasi proseslərə adekvat deyil:
“Düzdür, bunun obyektiv və subyektiv səbəbləri var. Bu gün müxalifət özündən asılı olmadan tranformasiya prosesini keçməkdədir. Çünki ilin sonu növbəti ilin əvvəlinə ölkədə yeni siyasi bir mərhələ başlayacaq. Müxalifət bu böhranlı vəziyyəti adlayıb ümumi ortaq bir məxrəcə gələ biləcəksə uğur əldə etmək imkanı qazanmaq şansı var.”

Geri qayıt