Əsas Səhifə > Partiya, Güney Press > YAP-dan AŞPA prezidentinə ilk cavab gəldi

YAP-dan AŞPA prezidentinə ilk cavab gəldi


23-05-2014, 11:45
YAP-dan AŞPA prezidentinə ilk cavab gəldi
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı AŞPA prezidenti Ann Brössorün Azərbaycanla bağlı səsləndirdiyi ittihamlara cavab verib.

Millət vəkili “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ann Brössorun fikirləri sırf onun subyektiv düşüncələridir və həqiqətdən kənardır:

“ Hesab edirəm ki, onun dedikləri subyektiv fikirləridir və Azərbaycanın ictimai-siyasi durumunu obyektiv olaraq əks etdirmir. Bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə islahatlar aparılır, insan haqları, vətəndaşların hüquqlarının təmin edilməsi sahəsində uğurlar əldə edilir, sosial-iqtisadi vəziyyət inkişaf edir.

Azərbaycanda sərbəst toplaşmaq, söz və mətbuat azadlığı təmin edilib, məhkəmələr isə hüquq çərçivəsində həyata keçirilir. İttiham olunan şəxslərin müdafiəsinə tam təminat verilir. Azərbaycan bu quruma üzv olandan bəri öz öhdəliklərini tam olaraq yerinə yetirib.

Bu gün Ermənistanın işğal olunmuş ərazilərimizdə həyata keçirdiyi ekoloji problemləri göz önünə gətirmirlər. Çətin geopolitik bir məqamda AŞ anti-Azərbaycan meylləri nümayiş etdirir. Təcavüzkar dövlətin yürütdüyü siyasətə qarşı çıxmaq əvəzinə demokratiya yolunu tutan ölkəyə təzyiqlər edir”.

Geri qayıt