Əsas Səhifə > Partiya, Güney Press > “Qərb-Rusiya savaşı Azərbaycana təsirsiz qala bilməz”

“Qərb-Rusiya savaşı Azərbaycana təsirsiz qala bilməz”


19-05-2014, 11:03
“Qərb-Rusiya savaşı Azərbaycana təsirsiz qala bilməz”
“ABŞ səfirinin dedikləri hamımız tərəfindən bilinən gerçəklikdir. Amma bir gerçək də var ki, Azərbaycandakı bu mövcud diktə rejiminə elə Amerika da ortaqdır”.

Bu sözləri Moderator.az-a açıqlamasında tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli bildirib. Onun sözlərinə görə, Morninqstarın açıqlaması göstərir ki, ABŞ vəziyyətin kritikliyini anlayıb: “

Bu rejimin bu qədər yaramaz hala gəlməsinə Amerika az dəstək verməyib. Sadəcə, indi elə vəziyyət yaranıb ki, ABŞ səhvini gec də olsa anlayıb. Anlayıb ki, bugünkü iqtdiar heç də onların arzu etdiyi qədər etibarlı deyilmiş. İndi xalq əgər ortaya iradə qoymasa, hər şey sadəcə iqtidar komandasının qərarından asılı olsa, vəziyyət heç də ürəkaçan olmayacaq. Müxalifət onların yadına çətin zamanlarda düşür. Ancaq bu da bir gerçəklikdir ki, ABŞ Azırbaycan xalqının gözündə 10 il əvvəlki qədər etibarlı dövlət deyil. Xalq artıq bu qənaətdədir: ilanın ağına da lənət, qarasına da. Heç kimin Azərbaycan xalqına ürəyi yanmır, hər kəs mənfəət peşindədir. Buna görə də xalq artıq məsələlərə laqeyd yanaşır. Nəticədə Azərbaycanın taleyi xalqımızın öz ümidinə qalıb. Xalqın da əsas hərəkətverici qüvvəsi siyasi təşkilatlanmış olan kəsimdir ki, bunların da həm ayrı-ayrılıqda olması, həm də ölkədəki mövcud diktə rejiminin heç bir siyasi aktivliyə təhəmmül etməməsi bu təşkilatları yarımcan hala salıb.

Bütün bunlarla yanaşı vəziyyət getdikcə ciddiləşməkdədir, artıq mövqelərin dəqiqləşdirilməsi zamanı çatıbdır. Bu da istər-istəməz cəmiyyətdə canlanmaya səbəb olacaq. Qərb-Rusiya savaşı Azərbaycana təsirsiz qala bilməz. Hər iki cinahın tərəfdarları mövqe oryaya qoymalı olacaqlar. Bu zaman təbii olaraq, hər iki tərəf öz müdafiə etdiyi ölkədən dəstək alacaqlar. Bu dəstək müxtəlif variantlarda ola bilər. Nəticənin xalqımızın xeyrinə olması əsas təmənnamdır”.

Geri qayıt