Əsas Səhifə > Partiya, Güney Press > Asim Mollazadənin işçisi Tiflisdə “xalq diplomatiyası”ndan danışdı

Asim Mollazadənin işçisi Tiflisdə “xalq diplomatiyası”ndan danışdı


7-05-2014, 10:41
Asim Mollazadənin işçisi Tiflisdə “xalq diplomatiyası”ndan danışdı
Demokratik İslahatlar Partiyasının nümayəndəsi beynəlxalq tədbirdə çıxış edib.

Partiyadan Hafta.az-a verilən məlumata görə, xarici əlaqələr şöbəsinin müdiri Cəmilə İbrahimova Gürcüstan parlamentində keçirilən Cənubi Qafqazın Gənc Siyasətçilərinin Forumunda "Xalqlar diplomatiyası" mövzusunda məruzə edib.

Niderlandın "Çoxpartiyalı Demokratiya İnstitutu"nun təşkilatçılığı ilə keçirilən forum çərçivəsində Cənubi Qafqazda birlik perspektivləri, xalqların diplomatiyası, mövcud siyasi sistemlər, iqtisadiyyat və biznesin inkişafı, milli azlıqların problemləri, tolerantlıq, xarici siyasətin prioritetləri, insan hüquqlarının durumu, innovasiyalar, gənclərin siyasətdə rolu mövzularında sessiyalar keçirilib.

Geri qayıt