Əsas Səhifə > Partiya, Güney Press > AXCP üzvü təhqir olundu və partiyadan getdi

AXCP üzvü təhqir olundu və partiyadan getdi


30-04-2014, 09:56
AXCP üzvü təhqir olundu və partiyadan getdi
AXCP üzvü, partiyanın Qazax rayon Gənclər Təşkilatının (GK) sədri Hikmət Carçılı Orhun təmsil olunduğu partiyadan istefa verdiyini bəyan edib. SİA-ya daxil olan məlumata görə, o, bu addımı atmasını AXCP üzvlərinin onu "Yeni Müsavat" qəzetində çalışdığına görə dəfələrlə təhqir etməsi ilə əlaqələndirib.

Hikmət Carçılı mətbuata səsləndirdiyi bəyanatında bildirib ki, son bir ayda AXCP GK-nin fəalları tərəfindən “Yeni Müsavat” qəzetində məqalələr yazdığına görə, hər gün təhqir obyektinə çevrilib: “Facebook-da divarımda şəxsimə olan təhqirlər, inboksuma yazılan dəxlisiz məktublar bir son bulmadığına görə partiyanın GK-nin Ali Məclisinin üzvlüyündən və GK-nin Qazax rayon təşkilatının sədrliyindən istefa verirəm.

İstefa verən AXCP üzvü onu da bildirib ki, artıq ona qarşı yönələn təhqirlərdən usanıb: “Əvvəllər də mənə bu kimi məktublar daxil olub. Dəfələrlə "satqın", "hakimiyyətin köləsi", "Rauf Arifoğlunun peşkası" kimi ittihamlarla üzləşmişəm. Ancaq Rauf Arifoğlu cəbhəçi olduğumu, Əli Kərimlinin partiyasında təmsil olunduğumu bilə-bilə məni işə götürmüşdü və "səndən sadəcə yazı tələb edirəm", - demişdi”.

AXCP GK-nə üzv olrkən, tamamilə başqa cür düşündüyünü deyən Orhun eyni zamanda bildirib ki, əslində, Əli Kərimlinin partiyasında ümumiyyətlə, demokratik mühit mövcud deyil: “AXCP-nin GK-nə üzv olanda hər şeyi tamam başqa cür düşünürdüm: demokratiya bu adamlarla əldə olunar-filan. Amma sən demə, heç partiyadaxili demokratiya belə yox imiş bunların təfəkküründə. Əbülfəz Elçibəy sevgisi isə ümumiyyətlə...Mən Elçibəyin ruhuna xatir gəldim AXCP-yə. Elçibəyin ruhuna xatir də, tərk edirəm. Çünki AXCP GK-i deyilən bir yerdə gənclər üçün Əbülfəz Elçibəy, Məmməd Əmin Rəsulzadə deyil, Əli Kərimli yolu öndə gəlir".

Geri qayıt