Əsas Səhifə > Partiya, Güney Press > Deputat nurçu qalmaqalı ilə bağlı açıqlama verdi

Deputat nurçu qalmaqalı ilə bağlı açıqlama verdi


25-04-2014, 09:57
Deputat nurçu qalmaqalı ilə bağlı açıqlama verdi
“Dünən həyasızcasına məni nurçu adlandıranlar, indi də Ərdoğançı adlandırmağa başlayıblar. Öz şəxsiyyətlərini tapmayan məxluqlar üçün insan tanıtımı "çı" şəkilçisi olmadan mümkün deyil”.

AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa mətbuat səhifələrində haqqına səsləndirilən fikirlərə cavab olaraq bildirib.

Millət vəkili Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın qondarma erməni soyqırımı ilə bağlı son mesajlarını da şərh edib:

“İllərdir Türkiyədə haqlı olaraq qondarma erməni soyqırımı inkar olunur və əvəzində Təhcir, yəni Köç ifadəsi işlənir. Ərdoğan da açıqlamasında soyqırımdan deyil, təhcirin baş verməsindən danışır. Türkiyə tarixşünaslığında həmin hadisələrdə bir neçə min erməninin yollarda ölməsi, bununla yanaşı erməni çətələri tərəfindən türklərin də öldürülməsi faktları təsdiqlənir. Ərdoğanın açıqlamasında türklərlə bağlı epizodun daha qabarıq verilməməsi ciddi nöqsan sayıla bilər. Ancaq təhcir olayının tanınması, ermənilərin tələfatı barədə danışması faktaloji baxımdan qüsurlu deyil. Ən maraqlısı odur ki, bir aydır hamını nurçu deyə qaralayan şəbəkə indi də eyni qaydada Ərdoğanın üzərinə hücuma keçib. Adam Azərbaycanın əleyhinə söz deməyib, fürsət tapıb yenə də hücumu hansısa ad altında Türkiyənin üzərinə yönəldirlər”.

Geri qayıt