Əsas Səhifə > Partiya, Güney Press > Rəsul Quliyev Surət Hüseynovun adamına sərt cavab verdi

Rəsul Quliyev Surət Hüseynovun adamına sərt cavab verdi


18-04-2014, 11:24
Rəsul Quliyev Surət Hüseynovun adamına sərt cavab verdi
Surət Hüseynovun silahlı dəstəsinin rəhbərlərindən olmuş, 709 saylı hərbi hissənin qərargah rəisi Nazim Bayramovun dünən axşam Moderator.az-da eks spiker Rəsul Quliyevə onun AXC iqtidarının 4 iyun hadisələrindəki aciz davranışını əks etdirən açıqlamasına verdiyi cavab söz duelinə çevrilməkdədir. Belə ki, yenidən saytımıza açıqlama göndərən Rəsul Quliyev Nazim Bayramovu yalançılıqda və hadisələri təhrif etməkdə ittiham etdi:
"Saytınızda 1993-cü il iyun ''qəhrəmanlarından'' birinin yazısına rast gəldim. Bu ''qəhrəman"ın' Göycay əvəzinə Kürdəmir yazmağından başqa hər şey yalanla doludur. Birincisi, guya bu qəhrəmanlar hansısa kefli sürücünün az qala aşırdığı motoru sönmüş tankı öpməyə imkan verməyiblər. İkincisi, mən bilmirdim ki, tariximizdə ikinci Şah İsmayıl kimi eyni zamanda iki yerdə olan sərkərdəmiz olub. Bu adam həm Kürdəmir yolunda mənim tankı öpməyimə imkan verməyib, həm də eyni zamanda Gəncədə mənim işıq sönəndə az qala bayılmağımın şahidi olub.Üçüncüsü, heç bilmirdim az qala bütün Qarabağı azad edən bu igid (Qraçova verilən rüşvətə görə general Şerbakın azad edib onlara verdiyi rayonları yenidən ermənilərə verən komandadan yəqin söhbət gedir) Ağdam şəhərini 1993-cü ilin iyulunda cəmi 2-3 günə ermənilərə təhvil verən orduya rəhbərlik edib."

Geri qayıt