Əsas Səhifə > Partiya, Güney Press > Müsavatçılar Əli Kərimliyə şeir qoşdular

Müsavatçılar Əli Kərimliyə şeir qoşdular


15-04-2014, 11:08
Müsavatçılar Əli Kərimliyə şeir qoşdular
AXCP sədrinin müavinin statusu sosial şəbəkədə ironik müzakirələrə səbəb oldu.

Hafta.az-ın verdiyi xəbərə görə, Nurəddin Məmmədlinin facebook sosial şəbəkəsində yazdığı bir status böyük səs-küyə səbəb olub.

N.Məmmədlinin "Ukrayna hakimiyyəti vaxtında Əli Kərimlinin məsləhətlərinə qulaq assaydı, ən azı parçalanmanın yarısından qayıdardı" fikrini istifadəçilər şişirdilmiş hesab edib və ironik yanaşmalarla ələ salmağa başlayıblar.
İronik yanaşmalar arasında ən maraqlısı Ukraynanın baş naziri Taras Şevçenko adından Əli Kərimliyə yazılan şeirdir. Bu şeiri hazırda Hollandiyada yaşayan Müsavat Partiyasının fəxri üzvü İsa Yusibov öz facebook səhifəsində paylaşıb. Həmin şeiri sizə təqdim edirik:

Ey Oğuz elinin igid övladı
Sənsən Ukraynanın qolu-qanadı
Gəl bitir bu zülmü, bu istibdadı
Maydanda qalmışıq soyuqda, qəmli
Bizə məsləhət ver, Əli Kərimli

Bir xəbər verdilər bizə uzaqdan
Dedilər Bakıdan qalxacaq o dan
İsmini hayqırır hər gecə Maydan
Xaxol qızlarının gözləri nəmli
Bizə məsləhət ver Əli Kərimli

Səndədir iradə, səndə qətiyyət
Maydana gəlməyə eyləsən niyyət
Hamımız cəddinə edərik biət
Ey zatı-möhtərəm, mübah qədəmli
Bizə məsləhət ver, Əli Kərimli

Geri qayıt