Əsas Səhifə > Partiya, Güney Press > “Surətin 5-10 alkoqolikinin qarşısından qaçanlar 200 minlik ordusu olan rejimi necə yıxa bilər?”

“Surətin 5-10 alkoqolikinin qarşısından qaçanlar 200 minlik ordusu olan rejimi necə yıxa bilər?”


14-04-2014, 11:04
“Surətin 5-10 alkoqolikinin qarşısından qaçanlar 200 minlik ordusu olan rejimi necə yıxa bilər?”
ReALın icraçı katibi Natiq Cəfərli qurum üzvləri ilə cəbhəçilər arasında yaşanan söz dueli zamanı deyib ki, Surət hüseynovun 2 köhnə BTR-nin qarşısından qaçıb hakimiyyəti təhvil verən siyasi nəsli qətiyyətli adlandırmaq mümkün deyil. Doğrudanmı AXC iqtidarı bu qədər qorxaq və aciz olub?
Moderator.az-ın sualını eks-spiker Rəsul Quliyev cavablandırır:
“Hakimiyyətin qorxaqlığı vəzifədə olan liderlərinin şəxsi keyfiyyətindən çox, camaatın hökümətə dəstəyinin səviyyəsindən asılıdır.S.Hüseynovun 2 tankı yox, 15 avtomatlı silahlısı da Xalq cəbhəsi hökümətini hakimiyyəti verməyə məcbur edə bilərdi, çünki onların xalq arasında nüfuzları nəinki yox , neqativ idi.
1920-ci ilin aprelində də hökümət müqavimət göstərmədən hakimiyyəti təhvil verdi. Birincisi, artıq parlamentdə bolşevikləri dəstəkləyənlər artıq 40 faizə çatmışdı, ikincisi Rusiyanın 10 minlik ordusu həqiqətən Azərbaycana daxil olmuşdu.
1993-cü ildə isə hakimiyyəti təhvil verənlər (Liderlərin sıraları azalmıyıb, bu gün də 1993-cü ildə olanlardır) heç olmazsa bir faktla bu çevrilişdə Rusiyanın birbaşa iştirakını göstərsinlər.Bu adamların yıxılacağına əmin olan RF-sı 1993-cü il mayın axırında tələm-tələsik qoşunlarını axırıncı əsgərinə qədər Azərbaycandan çıxardılar. Bu höküməti dəstəkləmək üçün Prezident Aparatının qarşısına 250 adam toplaya bilməyən bu '' qəhrəmanlar'' hakimiyyəti necə saxlaya bilərdilər? O vaxt 75 alkoqoldan başları dumanlaşmış, dilləri söz tutmayan (Bunu kiminsə sözü ilə yox, özümün şəxsi təəsüratımın əsasında deyirəm, çünki ağızlarından su gələn, hamının əllərini öpməyə çalışan Sürətin ''boyevikləri'' Göycay yolunda mənim də əlimi öpməyə cəhd edirdilər) “silahlı qüvvələri”nin bu boyda Bakı kimi milyonluq şəhəri ''işğal'' edəcəklərindən qorxan AXC hakimiyyətinin liderləri, bu günkü müxalifət liderləri 200 minlik silahlı qüvvəsi olan Əliyev rejimini necə hakimiyyəti təhvil verməyə məcbur edəcəklərini izah etsəydilər, camaat məmnun olardı. Bəli, 200 yox, lap yarım milyonluq ordusu olan rejimi də istefaya göndərmək olar. Onun üçün xalq ayağa qalxmalıdır. Xalq kimin arxasınca ayağa qalxacaq, bu günkü müxalifətin? Bu lətifəni başqalarını güldürmək üçün müəyyən məclislərdə demək olar.”

Geri qayıt