Əsas Səhifə > Partiya, Güney Press > “Mövcud şəraitdə Azərbaycanın Rusiya ilə bağlı siyasəti doğrudur”

“Mövcud şəraitdə Azərbaycanın Rusiya ilə bağlı siyasəti doğrudur”


12-04-2014, 10:39
“Mövcud şəraitdə Azərbaycanın Rusiya ilə bağlı siyasəti doğrudur”
“Azərbaycanın AŞ PA-nın yaz sessiyasında Rusiyanın səs hüququndan məhrum edilməsinə bitərəf mövqe göstərməsi doğru verilmiş qərardır”. Bu fikri Hafta.az-a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. O bildirir ki, son zaman hadisələrdə balanslaşdırılmış siyasət aparan Azərbaycan daha diqqətli olmalıdır:

“Bu gün Azərbaycan xarici siyasətini balanslaşdırılmış şəkildə həyata keçirir. Çoxları düşünürlər ki, BMT-də Ukraynanın ərazi bütövlüyü ilə AŞ PA-da Rusiyanın səsvermə hüququna Azərbaycanın bitərəf yanaşması mövqesizlikdir. Əslində isə bu belə deyil. Azərbaycanın BMT Baş Assambleyasında keçirilən səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi bir aksiom idi. Yəni Qarabağ kimi problemi olan ölkənin alternativ addım atması doğru olmazdı. Əgər Azərbaycan bu problemin həlli üçün beynəlxaq aləmdən dəstək umursa, başqa bir dövlətin eyni probleminə qarşı biganə ola bilməzdi. AŞ PA-nın sessiyasında isə Azərbaycan tərəfi Rusiyanın əleyhinə səs versəydi(səsvermə hüququnun ləğv edilməsinin leyhinə) bu Putin hökumətinin aqresiyası ilə nəticələnəcəkdi. Bunu nəzərə aldıqda verdiyimiz qərarı doğru hesab etmək olar”.

Politoloq hesab edir ki, Rusiya regioanla bağlı bir sıra tədbirlər nəzərəini görür:

“Hazırda Ermənistan ərazisində Rusiya hərbi birləşmələrinin manevrləri gedir. Şimalda seperatizim baş verə bilər. Bütün bunları nəzərə aldıqda Azərbaycanın apardığı siyasəti doğru hesab etmək olar. Lakin bitərəf qalmaq eyni zamanda onu göstərir ki, Azərbaycanda rəhbər şəxslər Rusiya ilə bağlı konkret mövqedə deyillər. Hər halda vahid qərar da vermək olardı. Bitərəf qalmaq mənim fikrimcə, ehtiyatlı davranışdır. Lakin bu məqam üçün uğurlu hesab ediləsi addımdır”.

Geri qayıt