Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbər yenidən Ukrayna səfərinə hazırlaşır

İsa Qəmbər yenidən Ukrayna səfərinə hazırlaşır


9-04-2014, 10:32
İsa Qəmbər yenidən Ukrayna səfərinə hazırlaşır
Bir neçə gün öncə Müsavat funksionerləri Arif Hacılı ilə Gülağa Aslanlının Ukraynaya qatarla getmələri Azərbaycan-Rusiya sərhəddində əngəllənsə də belə bir səfərin reallaşması yenə də gündəmdədir. Özü də bu dəfə Müsavat başqanı İsa Qəmbərin təbii ki, təyyarə ilə Ukraynaya və hətta oradan da Krıma gedəcəyi gözlənilir.
Belə ki, Moderator.az-ın əməkdaşı başqan müavini Gülağa Aslanlıdan aşağıdakı məzmunlu suallara cavab istəyərkən bunu öyrənməyə müvəffəq olub:
Sual: İsa bəyin yenidən Ukraynaya və oradan da Krıma getmək planı varmı? Partiya Divanında bu barədə müzakirələr aparılıbmı? Niyə Ukrayna böhranı zamanı Müsavatın müttəfiqi olan keçmiş prezident Yuşenkonun səsi çıxmadı? Müsavat qurultaya Ukraynadan da qonaq dəvət edəcəkmi, edəcəksə adlar konkretləşdirlibmi?
Cavab: Belə bir plan var və partiyada müzakirə edilir. Yuşenko ilə əlaqələrimizsə indilikdə yox dərəcəsindədir. Qurultaya dəvət ediləcək şəxslərin müzakirəsinə başlamamışıq. Yer veriləndən sonra qərar veriləcək.

Geri qayıt