Əsas Səhifə > Partiya, Güney Press > "Vəfa Nağı mənə şər atır"

"Vəfa Nağı mənə şər atır"


1-09-2024, 13:33
"Vəfa Nağı mənə şər atır"
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini Samir Əsədli 70 saylı Neftçala seçki dairəsinin Qaçaqkənd seçki məntəqəsində deputatlığa namizəd Vəfa Nağı və VHP sədrinin müşaviri, deputatlığa namizəd Tənzilə Rüstəmxanlının nümayəndəsi Hüseyn Qurbanov arasında baş verən insidentdə adının hallanmasına münasibət bildirib.

Pravda.az-ın xəbərinə görə, S.Əsədli deyib ki, hadisə baş verən zaman orada olmayıb.

"Vəfa havadan adımı çəkib, dolaşıq cümlələrlə şər atır. Olaydan xəbərsiz klaviatura qəhrəmanları da işə düşüb", - o qeyd edib.
Geri qayıt