Əsas Səhifə > Partiya, Güney Press > Aydın Mirzəzadə seçki kampaniyasını uğurla davam etdirir

Aydın Mirzəzadə seçki kampaniyasını uğurla davam etdirir


30-08-2024, 10:14
Aydın Mirzəzadə seçki kampaniyasını uğurla davam etdirir
Milli Məclisə növbədənkənar seçkilərdə 54 saylı Mingəçevir seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Aydın Mirzəzadə seçki təbliğatının son gününə ciddi nəticələrlə yaxınlaşır.

Dia-az.İnfo xəbər verir ki, bu vaxta qədər seçicilərlə 30-dan çox görüş keçirilmiş, görüşlərdə iki minə qədər seçici iştirak etmişdir.

Aydın Mirzəzadə seçicilərə geniş hesabat vermiş, eyni zamanda onları yenidən seçiləcəyi zaman nəzərdə tutduğu yeni planları ilə tanış etmişdir.

Seçkilərin bütün ölkə hüdudlarında keçirilməsini tarixi hadisə kimi qiymətləndirən Aydın Mirzəzadə Vətən üçün canlarından keçən şəhidlərin əziz xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirmiş, Ali Baş Komandan Prezident cənab İlham Əliyevin milli maraqlara xidmət edən siyasi kursunun Azərbaycana Zəfər və qüdrət gətirdiyini vurğulamışdır.

O, Mingəçevirin sosial-oqtisadi inkişaf məsələlərinin daima diqqətdə saxladığını vurğulamaqla yanaşı, onun nəticələri barədə də seçicilərə geniş məlumat vermişdir.

Qeyd edək ki, görüşlər zamanı Aydın Mirzəzadə təkcə görəcəyi işlərlə bağlı planlarını açıqlamır, eyni zamanda uzun müddətdir ki, isti münasibətlərdə olduğu seçic8ilərin cari şikayətlərini də dinləmişdir.

Aydın Mirzəzadə seçki kampaniyasını uğurla davam etdirir
Aydın Mirzəzadə seçki kampaniyasını uğurla davam etdirir
Aydın Mirzəzadə seçki kampaniyasını uğurla davam etdirir

Geri qayıt