Əsas Səhifə > Partiya, Güney Press > Mingəçevir seçiciləri Aydın Mirzəzadə haqqında NƏ DÜŞÜNÜR?

Mingəçevir seçiciləri Aydın Mirzəzadə haqqında NƏ DÜŞÜNÜR?


27-08-2024, 09:22
Mingəçevir seçiciləri Aydın Mirzəzadə haqqında NƏ DÜŞÜNÜR?
Milli Məclisə növbədənkənar seçkilərdə 54 saylı Mingəçevir seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aydın Mirzəzadənin seçicilərlə intensiv görüşləri davam edir.

Dia-az.İnfo xəbər verir ki, artıq təbliğat-təşviqat kampaniyasının sonuna yaxınlaşdığından Aydın Mirzəzadə də seçicilərlə təmaslarını daha da sıxlaşdırıb. Bis isə bu dəfə deputatlığa namizədin seçki kampaniyasından yox, seçicilərinin onun barəsində nə düşünməsindən bəhs etməyə çalışacağıq. Beləliklə, seçiciləri Aydın Mirzəzadə haqqında nə düşünür...

***

Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru Nizami Zeynalov: "Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlığa namizədi Aydın Mirzəzadə maraqlı və zəngin həyat yolu keçmiş, böyük təcrübəyə malik olan Azərbaycan ziyalısıdır. Bütövlükdə ölkəmizin, o cümlədən doğma Mingəçevirimizin ictimai-siyasi həyataında öz imzası olan Aydın müəllim deputatlığı ilk növbədə məsuliyyət kimi dərk edən böyük ziyalıdır. Aydın müəllim eyni zamanda ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərəin mahiyyətinə dərindən nüfuz edən, hadisə və proseslərə özünəməxsus şərhi ilə seçilən politoloq-alimdir. Fəxr edirik, qürur duyuruq ki, belə bir ziyalımız var, belə bir mingəçevirlimiz var, belə bir azərbaycanlımız var. Sözün əsl mənasında millətin vəkili olan, bu çətin, lakin şərəfli fəaliyyətdə alnı açıq, qürurla irəliləyən Aydın müəllimə qarşıdan gələn seçikilərdə uğurlar diləyir, Mingəçevir ziyalıları, təhsil ictimaiyyəti adından məhz Aydın müəllimi yenidən millət vəkili kürsüsündə, Milli Məclisin tirbunasında görmək istəyimizi ifadə edirik".

***

Aynaxanım Məmmədova- 2-ci qrup əlil: "Uşaqlıqdan, əliləm ailədə təkəm. Nə zaman Aydın müəllimin qəbuluna getmişəm, həmişə problemlərimin həllinə dəstək olub. Qəbuluna gələn insanlara qarşı çox diqqətlidir. Onun qəbuluna istənilən məsələ üzrə getmək olur. Mən və tanıdığım adamlar ona səs verəcəyik."


***

Eldar Ömərov - iqtisadçısı (köhnə qonşuları): "Aydın müəllimin ailələri ilə çəpər qonşisu olmuşuq. Çox zəhmətkeş və mədəni idilər. Ailələrindəki altı qatdaş-bacının hamısı təhsil aldılar. Aydın məktəbdə əlaçı idi, məktən şagird şurasının sədri olub. Anam özünə, özü isə universitetdə qızıma dərs deyib. O depitatlığa layiqdir, mən də tanıdığım ziyalılar ona səs verəcəyik".

Mingəçevir seçiciləri Aydın Mirzəzadə haqqında NƏ DÜŞÜNÜR?

***

Ayaz Umudəliyev - sahibkar: "Aydın Mirzəzadə çox hazırlıqlı adamdır. O siyasəti bildiyi kimi iqtisadiyyatı da yaxşı bilir. Mingəçevirdə yeni iş yerlərinin açılması üçün çox iş görüb, sahibkarlarla görüşür, təkliflərimizə dəstək olur. Şəhərdə iqtisadi mühtin yaxşılaşdırılması üçün daima hökumət qarşısınfa təşəbbüslərlə çıxış edir. Mingəçevir sahibkarları Aydın Mirzəzadəyə səs verəcəklər.

***

"Məmmədova Flora - şəhid Oruc Nəcəflinin anası: "İlyarım əvvəl güclü külək nəticəsində şəhid oğlumun xatirə kompleksinin üstü dağılmışdı. Birbaşa Aydın Mirzəzadəyə zəng etdim. Anında obyekdə briqada göndərdi, lazimi materal aldı. Köməkçisi gecəinin oryasına qədər bərpaya rəhbərlik etdi. Özü də vaxtaşırı zəng edirdi. Kompleks həmin gün bərpa olundu. O bütün şəhid ailələrinə belə diqqətlidir, ondan çox razıyıq. Ona səs verəcəyik".

***

Rizvan Mikayıllı - pensiyaçı: "Aydın Mirzəzadəni çoxdan tanıyıram. Çox savadlı, dövlətçiliyə bağlı, insanlara yaxın adamdır. Parlamentdə çıxışları məzmunlu, qanunların dövrün tələblərinə cavab verməsinə yönəlmiş olur. Beynəlxalq məsələlərə dair mətbuatda çıxışları da diqqəti cəlb edir. Mingəçevir ziyalıları ona səs verəcəklər".


***

Elşən İbrahimli - Əfqanıstan Veteranları Cəmiyyəti Mingəçevir şöbəsinin sədri: "Aydın Mirzəzadə həmişə müharibə vetetanlarının qayğısına qalır, elə mənim özümə dəfələrlə kömək edib.Fikrimiz qətidir, veteranlar ziyalımız Aydın Mirzəzadəyə səs verəcəklər".

Geri qayıt