Əsas Səhifə > Partiya, Güney Press > "Yeniləşən Azərbaycana yeni millət vəkilləri də lazımdır"

"Yeniləşən Azərbaycana yeni millət vəkilləri də lazımdır"


14-08-2024, 08:37
"Yeniləşən Azərbaycana yeni millət vəkilləri də lazımdır"
"Yeni parlament yeni nəfəs deməkdir. Kim nə deyir desin, Prezidentin ikinci dəfə köhnə parlamenti vaxtından əvvəl buraxması və yeni seçkilərin təyin edilməsi köhnə parlamentin yararlı olmaması və zamanın tələbinə cavab verməməsi anlamına gəlir". Dia-az.İnfo bildirir ki, bunu 1 sentyabr tarixinə təyin olunmuş növbədənkənar parlament seçkilərinə münasibətində tanınmış tarixçi Ceyhun Bayramlı qeyd edib.

O daha sonra əlavə edib: "İndi sual budur ki, az qala on illərdi neçə çağırış millət vəkili olmuş şəxslər hansı haqla və üzlə yenidən öz namizədliklərini irəli sürürlər? Ölkə başçısı deyir yaramır, beş-altı dəfə seçilmiş adamlar dirənib ki yox e, təzədən seçilməliyəm. Adamda abır-həya yaxşı şeydir, əgər olsa. Yeniləşən Azərbaycana yeni millət vəkilləri də lazımdır".

Geri qayıt