Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət partiyaları neçə xanımın namizədiyini irəli sürüb?

Müxalifət partiyaları neçə xanımın namizədiyini irəli sürüb?


6-08-2024, 13:43
Müxalifət partiyaları neçə xanımın namizədiyini irəli sürüb?
Siyasi partiyalar 1 sentyabrda keçiriləcək parlament seçkilərinə fəal şəkildə hazırlaşırlar.

Hazırda deputatlığa namizədlərin qeydə alınma prosesi davam edir.

Partiyaların namizədliyini irəli sürdüyü şəxslərin də əksəriyyəti qeydə alınıb. Ümumiyyətlə, partiyaların kimləri namizəd göstərdiyi hər zaman marağa səbəb olur.

“Cebheinfo.az” bundan əvvəl Yeni Azərbaycan Partiyasının namizədliyini irəli sürdüyü xanımların siyahısını təqdim edib.

Qeyd edək ki, hakim partiya 33 xanımın namizədliyini irəli sürüb.

Onların 22 nəfəri ilk dəfə deputatlığa namizəd göstərilib.

Maraqlıdır, digər siyasi partiyalar parlament seçkilərində neçə xanımın deputatlığa namizədliyini irəli sürüb?

“Cebheinfo.az” siyahını təqdim edir:

• Azərbaycan Ümid Partiyası – 6
• AĞ Partiya – 3
• Milli Cəbhə Partiyası – 1
• Ədalət, Hüquq, Demokratiya Partiyası - 1
• Azad Vətən Partiyası – 0
• Böyük Azərbaycan Partiyası – 0
• Azərbaycan Milli İstiqlal Partiyası – 0
• Respublikaçı Alternativ Partiyası – 0

Geri qayıt