Əsas Səhifə > Partiya, Güney Press > Hansı partiya sədrlərinin deputatlığa namizədliyi təsdiqlənib?

Hansı partiya sədrlərinin deputatlığa namizədliyi təsdiqlənib?


31-07-2024, 14:02
Hansı partiya sədrlərinin deputatlığa namizədliyi təsdiqlənib?
1 sentyabrda keçiriləcək parlament seçkilərində partiya sədrlərinin böyük əksəriyyəti iştirak edəcək.

Partiya sədrlərinin çoxu deputatlığa namizəd olub. Bir neçə partiya sədri namizədliyini irəli sürməyib, bəziləri isə namizədliyini irəli sürsələr də sonradan mübarizədən geri çəkiliblər.

Namizədliyini irəli sürən şəxslərin isə qeydə alınma prosesi davam edir. Onlar arasında partiya sədrləri də var.

Bəs deputatlığa namizədliyi təsdiqlənən partiya sədrləri kimlərdir?

“Cebheinfo.az” namizədliyi qeydə alınan partiya sədrlərinin siyahısını təqdim edir:

• Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev – 81 saylı İmişli seçki dairəsi
• Azad Vətən Partiyasının sədri Akif Nağı - 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi
• Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa - 26 saylı Sabunçu birinci seçki dairəsi
• Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə - 27 saylı Sabunçu ikinci seçki dairəsi
• Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev - 10 saylı Binəqədi üçüncü seçki dairəsi
• Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev - 36 saylı Xətai-Suraxanı seçki dairəsi
• Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə - 22 saylı Nəsimi-Yasamal seçki dairəsi
• AĞ Partiya başqası Tural Abbaslı - 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi

Geri qayıt