Əsas Səhifə > Partiya, Güney Press > Bitərəf deputatlar da yenidən namizəd olur

Bitərəf deputatlar da yenidən namizəd olur


31-07-2024, 00:10
Bitərəf deputatlar da yenidən namizəd olur
1 sentyabrda keçiriləcək parlament seçkilərində çox sayda bitərəf namizəd iştirak edəcək.

Milli Məclisin VI dönəmində deputat seçilən bitərəf namizədlərin əksəriyyəti yenidən mübarizəyə qoşulublar.

Rüfət Quliyev və Jalə Əhmədova kimi bəzi bitərəf deputatlar budəfəki seçkidə iştirak etməyəcəklərini açıqlayıblar. Vahid Əhmədov isə namizədliyini irəli sürsə də, sonradan geri çəkildi.

Bəs namizədliyini irəli sürən bitərəf deputatlar hansılardır?

“Cebheinfo.az” yenidən namizədliyini irəli sürən sabiq bitərəf deputatların siyahısını təqdim edir:

• Zahid Oruc – 33 saylı Xətai birinci seçki dairəsi
• Aqil Abbas - 85 saylı Füzuli-Ağcabədi seçki dairəsi
• Bəhruz Məhərrəmov - 69 saylı Biləsuvar seçki dairəsi
• Vüqar Bayramov - 84 saylı Füzuli seçki dairəsi
• Jalə Əliyeva - 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi
• Musa Qasımlı - 75 saylı Yardımlı-Masallı seçki dairəsi
• Azay Quliyev - 8 saylı Binəqədi seçki dairəsi
• Könül Nurullayeva - 24 saylı Nizami seçki dairəsi
• Rasim Musabəyov - 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsi
• Nigar Arpadarai - 7 saylı seçki dairəsi
• Sahib Alıyev - 93 saylı Ağdaş seçki dairəsi
• Arzu Nağıyev - 105 saylı Tovuz-Gədəbəy seçki dairəsi
• Əli Məsimli - 113-cü Şəki Şəhər seçki dairəsi
• Səttar Möhbalıyev - 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
• Novruzəli Aslanov - 89 saylı İsmayıllı seçki dairəsi
• Anatoliy Rafailov - 89 saylı Quba-Qusar seçki dairəsi
• Şahin Seyidzadə - 87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi
• Tural Gəncəliyev - 122 saylı Xankəndi seçki dairəsi
• Cavanşir Feyziyev - 115 saylı Şəki kənd seçki dairəsi
• Məzahir Əfəndiyev – 92 saylı Göyçay-Ağdaş seçki dairəsi
• Sevil Mikayılova - 58 saylı Xaçmaz kənd seçki dairəsi
• Əminə Ağazadə - 62 saylı Kürdəmir seçki dairəsi
• Ülviyyə Ağayeva - 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi
• Tamam Cəfərova - 88 saylı Şamaxı seçki dairəsi
• Bəxtiyar Əliyev - 119 saylı Ağdam seçki dairəsi
• Soltan Məmmədov – 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi
• Eldar Quliyev - 28 saylı Sabunçu üçüncü seçki dairəsi
• Azər Kərimli - 111 saylı Zaqatala-Balakən seçki dairəsi.

Geri qayıt