Əsas Səhifə > Partiya, Güney Press > Partiyalar seçkiyə neçə namizədlə gedir?

Partiyalar seçkiyə neçə namizədlə gedir?


30-07-2024, 00:20
Partiyalar seçkiyə neçə namizədlə gedir?
1 sentyabrda ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

Artıq seçki prosesinə başlanılıb. Seçki təqviminə görə, deputatlığa namizədlik üçün müraciət tarixi 2 avqust tarixində saat 18:00-da başa çatacaq. 12 avqusta qədər bütün dairələr üzrə qeydə alınan namizədlərin siyası Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunacaq. Seçkiqabağı təşviqatın aparılması prosesi isə avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır. Yəni seçkiqabağı təşviqat üçün namizədlərə 21 gün vaxt verilir. Bu proses başa çatdıqdan sonra 24 saat sükut günü olur və 1 sentyabrda səhər saat 08:00-da səsvermə başlayacaq və həmin gün 19:00-da başa çatacaq.

“Cebheinfo.az” növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyaların neçə namizəd irəli sürdüyünü araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, ölkə üzrə rəsmi dövlət qeydiyyatında olan 27 siyasi partiyanın 25-i növbədənkənar seçkilərdə iştirakla bağlı qərar açıqlayıb. Yalnız Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkiyə qatılmır.

*Seçkilərə ən çox namizədlə qatılan partiya isə hakim Yeni Azərbaycan Partiyasıdır. YAP bütün dairələr üzrə, yəni 125 namizədlə seçkiyə qatılıb.

*Milli Cəbhə Partiyası (MCP) isə 7 nəfərin namizədliyini irəli sürüb.

Hazırda onlardan 3-nün namizədliyi rəsmi olaraq təsdiqlənib.

*Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) seçkiyə ümumilikdə 14 nəfərlə qatılıb. Onlardan 12-sinin namizədliyi partiya tərəfindən, 2-si isə partiya mənsubiyyətini göstərməklə müstəqil şəkildə seçkiyə qatılıb.

Hazırda isə 14 nəfərdən yalnız birinin namizədliyi rəsmən qeydə alınıb.

*Böyük Azərbaycan Partiyası (BAP) seçkiyə 8 namizədlə qatılıb. İndiyə qədər 2 nəfərin namizədliyi rəsmən təsdiq olunub.

*Müsavat Partiyası seçkiyə 34 namizədlə gedir. Hələlik onlardan heç biri rəsmən qeydə alınmayıb. Partiyadan verilən məlumata görə, namizədlərin böyük əksəriyyəti imzatoplama kampaniyasını başa çatdırıb və sənədləri aidiyyəti üzrə Dairə Seçki Komissiyasına təqdim edib.

*Ümid Partiyası seçkiyə 35 namizədlə qatılıb və hazırda onlardan yalnız 1-i rəsmi olaraq qeydə alınıb. Partiyadan bildirilib ki, bütün namizədlərin yekun sənədləri və imza vərəqələri aidiyyəti üzrə dairələrə təqdim olunub.

*AĞ Partiya seçkiyə 40 nəfərlə qatlıb. Onlardan 3-nün namizədliyi artıq rəsmi olaraq təsdiqlənib.

Geri qayıt