Əsas Səhifə > Partiya, Güney Press > "Şəxsən mən sərbəst surətdə Rüstəm bəylə danışıram”

"Şəxsən mən sərbəst surətdə Rüstəm bəylə danışıram”


27-03-2014, 11:41
"Şəxsən mən sərbəst surətdə Rüstəm bəylə danışıram”
“Rüstəm İbrahimbəyov dəqiq belə deməyib ki, ziyalılar qorxurlar. Amma digər tərəfdən o, haqlıdır. Rüstəm bəy bu ifadəni işlədibsə, deməli əsası var ki, deyib. Şəxsən mən sərbəst surətdə Rüstəm bəylə danışıram”.

Bunu AzVision.az-a açıqlamasında Ziyalılar Forumunun üzvü Eldəniz Quliyev Rüstəm İbrahimbəyovun qurum haqqında səsləndirdiyi fikirlərə mnasibət bildirərkən deyib. O vurğulayıb ki, Eldar Namazov uzun müddətdir ki, Rüstəm İbrahimbəyovla telefonla əlaqə saxlamır:

“Eldar Namazovla Rüstəm bəyin uzun müddətdir danışmadığından xəbərim var. Amma mən indiki halda Rüstəm İbrahimbəyov, Eldar Namazov və Cəmil Həsənli üçbucağına müdaxilə etmək istəməzdim. Özümə gəlincə isə mütəmadi olaraq onla əlaqə saxlayıram. Sonuncu dəfə bir həftə əvvəl əlaqə saxlamışıq. Bəzən o, bəzən də mən zəng edirəm. Axırıncı dəfə kino ilə bağlı danışmışıq. Həm də Milli Şura və onun hədəfləri barədə müzakirələrimiz oldu”.

Qeyd edək ki, Ziyalılar Forumunun təsisçisi R. İbrahimbəyov bildirib ki, Azərbaycan ziyalıları onunla ünsiyyətə girəndə də gizli danışırlar, xahiş edirlər ki, heç kim bilməsin: “Ona görə də ziyalılara yığışıb nəyisə müzakirə etmək təklif olunanda qorxurlar.

Geri qayıt