Əsas Səhifə > Partiya, Güney Press > Eldəniz Quliyevdən müxalifət liderlərinə tikanlı sözlər

Eldəniz Quliyevdən müxalifət liderlərinə tikanlı sözlər


19-03-2014, 10:49
Eldəniz Quliyevdən müxalifət liderlərinə tikanlı sözlər
“Bu gün “EL” hərakatı adından ancaq Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Eldar müəllim danışmağa səlahiyyətlidir”.
Bunu Moderator.az -a açıqlamasında El Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev “EL” hərəkatı ilə Müsavat Partiyasının birgə əməkdaşlıqlarının müxalifət liderləri tərəfindən inandırıcı qarşılanmaması haqda məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Eldar Namazovdan başqa “EL”-in bütün müavin və müşavirləri, o cümlədən özü təşkilatın sıravi üzvləridir:
“Müxalifət liderlərinin “EL” hərəkatı ilə Müsavat Partiyasının əməkdaşlığına inanmamalarına gəlincə isə, müxalif liderlər indiyə qədər nəyə inanıblar ki, siyasi qurumların əməkdaşlıq cəhdlərinə də inansınlar? Müxalifət liderlərinin bəziləri, hətta güzgüyə baxanda öz-özlərinə belə inanmırlar!”

Geri qayıt