Əsas Səhifə > Partiya, Güney Press > Milli Şura "Yeni Müsavat" qəzetini hədəfə aldı və suçladı

Milli Şura "Yeni Müsavat" qəzetini hədəfə aldı və suçladı


17-03-2014, 11:51
Milli Şura "Yeni Müsavat" qəzetini hədəfə aldı və suçladı
Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) “Yeni Müsavat” qəzetini qurum haqqında əsassız məlumatlar yaymaqda ittiham edən açıqlama verib.

Qəzetın builki 15 mart sayında dərc edilən “Milli Şuranın fəaliyyəti olub” adlı yazı bu ittihama əsas verib. Qurumun sessiya və toplantılarını keçirməsi üçün yerin olmaması xəbərləri dezinformasiya, növbəti təxribat, cəmiyyətdə MŞ haqqında mənfi rəy yaratmağa xidmət edən uğursuz addım sayılır.

MŞ Koordinasiya Mərkəzinin iclaslarının hər həftə qayda ilə keçirildiyi xatırladılır. Son 2 iclasın Sülh və Demokratiya İnstitutunun (SDİ) ofisində keçirildiyi qeyd olunur. MŞ-nin fəaliyyətilə bağlı tədbirlərlə bağlı press-relizlər bütün mətbuat qurumlarına, o cümlədən “Yeni Musavat”a da göndərilir.

Amma dəvət olunmalarına baxmayaraq, MŞ-nin Avrointeqrasiya və AXCP- nin məskunlaşdığı binanın partladılması ilə bağlı araşdırmaçı jurnalist qrupunun hazırladığı hesabatın təqdimatına “Yeni Musavat”ın qatılmadığına diqqət çəkilir.

MŞ-nin sessiyalarının keçirilməsində problem olmadığı, KXCP- nin qərargahında növbəti sessiyanın keçiriləcəyi vurğulanır.

MŞ bütün mətbuat qurumları ilə əməkdaşlığa hazır olduğunu bəyan edərək qurumla bağlı xəbərlər yayarkən obyektivliyə riayət olunması üçün mətbuat xidmətilə əlaqə saxlamağa çağırır.

Geri qayıt