Əsas Səhifə > Partiya, Güney Press > "Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq"

"Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq"


20-05-2024, 11:52
"Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq"
Mehr xəbər agentliyinin mayın 20-də verdiyi məlumata görə, İran prezidenti İbrahim Rəisi helikopter qəzasında həlak olub. Agentlik həmçinin qeyd edib ki, təyyarədə olan hər kəs, o cümlədən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan da ölüb. “Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopter bazar günü Şərqi Azərbaycanda sıx meşəlik əraziyə düşüb”, - deyə məlumatda bildirilir. Bundan əvvəl “Reuters” ölkə hökumətindəki mənbəyə istinadən xəbər vermişdi ki, qəza nəticəsində Rəisinin idarə heyəti tamamilə yanıb.
Rəisinin korteji üç helikopterdən ibarət olub. Onunla bərabər təyyarədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər rəsmi şəxslər olub. Karvandan daha iki helikopterin təhlükəsiz şəkildə təyinat yerinə çatdığı bildirilib. Qəzadan sonra müxtəlif dezinformasiyalar yayılmaqdadır.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəzi fake kanallar, Ermənistandan "saxta" kanallar dezinformativ materiallar yaymaq istəyirlər.

Deputatın fikrincə, bu hadisənin Azərbaycan İran münasibətlərinə heç bir təsiri olmayacaq.

“Əfsuslar olsun ki, təzəlikcə çox gözəl mehriban formada dil tapmışdıq. İbrahim Rəisinin və komandasının Azərbaycana xüsusi və isti münasibəti vardı. Biz bu münasibətləri inkişaf etdirəcəkdik”-deyən Rüfət Quliyev vurğulayıb ki, bu hadisə qəza idi. Qəza baş verəndə isə, başqa söz-söhbətə ehtiyac qalmır.

Geri qayıt