Əsas Səhifə > Partiya, Güney Press > İsa Qəmbər yeni başqan kimi Müsavatın hədəflərini açıqladı

İsa Qəmbər yeni başqan kimi Müsavatın hədəflərini açıqladı


8-05-2024, 11:41
İsa Qəmbər yeni başqan kimi Müsavatın hədəflərini açıqladı
Bir neçə illik fasilədən sonra yenidən Müsavat başqanı seçilən İsa Qəmbər partiyanın gələcək fəaliyyətinə dair mövqeyini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Müsavatın Məhəmməd Əmin Rəsulzadə tərəfindən qurulan və onun müəyyən etdiyi ideologiya ilə fəaliyyət göstərdiyini vurğulayan İsa Qəmbər onun ideyalarının bundan sonra da partiya üçün prioritet olacağını deyib: “100 il əvvəl hansı siyasi xətt olubsa, indi də bu davam edəvək. Bu yol 1992-ci ildən davam edir. Müsavatın hədəfi sadədir. Rəsulzadə bunu istiqlalı yaşatmaq və xalqın xoşbəxtliyinə nail olmaq kimi müəyyən edib.

Biz də bunu davam etdirəcəyik. Müsavat yenidən təsis olunanda 3 əsas prioritetimiz oldu. Bu, Azərbaycanın müstəqilliyi, ölkənin suverenliyi və demokratiya idi. Elçibəyin prezidentliyi dövründə biz demokratiyanı qurduq. Ölkəmizin ərazi bötüvlüyünün təmini isə indiki hakimiyyətin dövrünə təsadüf etdi. Üçüncüsü, demokratik cəmiyyətin qurulması, haqq-ədalətin bərpası və xalqın xoşbəxtliyidir ki, biz də bunun üçün çalışırıq. Müsavat xalqımızın demokratik dəyərlər içərisində xoşbəxt yaşamasını təmin etmək üçün mübarizəsini davam etdirəcək”.

Geri qayıt