Əsas Səhifə > Partiya, Güney Press > "Ermənilərin həmişə coğrafiya ilə bağlı çox spesifik münasibəti olsa da..."

"Ermənilərin həmişə coğrafiya ilə bağlı çox spesifik münasibəti olsa da..."


2-03-2024, 14:02
"Ermənilərin həmişə coğrafiya ilə bağlı çox spesifik münasibəti olsa da..."
Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan Antalyada keçirilən diplomatik forumda “Zəngəzur adlı ərazi vahidi yoxdur, Sünik rayonu, Mehri şəhəri və digər şəhərlər var",- cümləsinə Azərbaycan parlamentinin deputatı Rasim Musabəyov etiraz edir.

Deputat Rasim Musabəyov Reyting.az-a açıqlamasında Ruben Rubinyanın bu yanaşmasının səhv olduğunu deyib.

Onun sözlərinə görə, Rubinyan gənc siyasətçidir və “Zəngəzur” toponiminin ermənilər arasında mənfi reaksiya yaratmadığı, geniş istifadə edildiyi son sovet dövrünü xatırlamır.

Azərbaycan parlamentinin deputatı əlavə edib ki, bu günə qədər gəlib çatmış “Zəngəzur Mis-Molibden Kombinatı” adı buna sübutdur:

"Yeri gəlmişkən, Rubinyanın özünün təmsil etdiyi parlamentdə və Ermənistanın digər hökumət strukturlarında hələ də Qarabağdan deyil, “Artsax”dan və tarixi adı Xankəndi olan “Stepanakert” şəhərindən danışırlar".

Musabəyov bildirib ki, ermənilərin həmişə coğrafiya ilə bağlı çox spesifik münasibəti olsa da, həyat onları reallıqlara uyğunlaşmağa məcbur edəcək.

Geri qayıt