Əsas Səhifə > Partiya, Güney Press > "Müxalifət axtarışdadır, amma indiyə qədər hələ tapa bilməyiblər"

"Müxalifət axtarışdadır, amma indiyə qədər hələ tapa bilməyiblər"


7-03-2014, 10:19
"Müxalifət axtarışdadır, amma indiyə qədər hələ tapa bilməyiblər"
"Mən vaxtında demişdim ki, İctimai Palata dağılacaq və indi də dağıldı". Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın fəaliyyətinə xitam verilməsinə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, İctimai Palata kimi təşkilatların heç biri Azərbaycan xalqının, dövlətinin, seçicisinin marağı əsasında qurulmur: "Sadəcə olaraq adamlar yığışır bir yerə. Əksəriyyəti də bekar adamlardır. Bunlar axtarışdadır, nəsə axtarırlar, amma indiyə qədər hələ tapa bilməyiblər. Gah o təşkilata, gah bu təşkilata qaçırlar. İndiyə qədər nə təşkilat yaradılıbsa, hamısında eyni adamlar olub. Bu da ondan irəli gəlir ki, şəxsi maraqlar çərçivəsində yaranan təşkilatların ömrü uzun olmur, dərhal dağılır".
Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurası martın 4-də özünün sonuncu toplantısını keçirib. Toplantıda İctimai Palatanın fəaliyyətinə xitam verilməsi barədə hazırlanmış layihə qəbul olunub.

Geri qayıt