Əsas Səhifə > Partiya, Güney Press > "Münaqişənin həll olunduğu Qafqaz indi sülhə həmişəkindən daha yaxındır"

"Münaqişənin həll olunduğu Qafqaz indi sülhə həmişəkindən daha yaxındır"


18-02-2024, 07:22
"Münaqişənin həll olunduğu Qafqaz indi sülhə həmişəkindən daha yaxındır"
“Bu gün Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Münxen konfransı kimi əhəmiyyətli beynəlxalq tədbir çərçivəsində keçirilən görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutub”.

dia-az.media xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat əlavə edib ki, Almaniyanın təşəbbüsü ilə keçirilən görüş ikili xarakter daşıyan Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsidir:

“Qeyd edək ki, Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, münaqişə artıq bitib. Bununla yanaşı, regionda dayanıqlı sülhün əldə edilməsi üçün danışıqların davam etdirilməsi vacibdir.

Hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir.

Münaqişənin həll olunduğu Qafqaz indi sülhə həmişəkindən daha yaxındır. Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan isə region ölkələrinin faydalanması vacibdir”.
Geri qayıt