Əsas Səhifə > Partiya, Güney Press > "Bilmirlər ki, Razi Nurullayev qəti surətdə "öndəyik" paylaşımını etməz?"

"Bilmirlər ki, Razi Nurullayev qəti surətdə "öndəyik" paylaşımını etməz?"


8-02-2024, 12:03
"Bilmirlər ki, Razi Nurullayev qəti surətdə "öndəyik" paylaşımını etməz?"
“Niyə peşəkarlar belə inanırlar ki, Razi Nurullayev öz rəsmi səhifəsində növbədənkənar seçkilərlə əlaqədar səsvermə günü “Öndəyik” paylaşımı edər? Razi bəy 30 illik siyasi təcrübəyə malikdir, deputatdır, partiya sədridir, siyasi konyukturanı yaxşı bilir, yanında kifayət qədər siyasi təcrübəsi olan komandası var. Niyə düşünürlər ki, onu Razi Nurullayev yazıb? Məgər Razi bəy dünənki siyasətçidir? Bu, sırf təxribat xarakterlidir”.

Bu sözləri Pravda.az-a Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə deyib.

Güneyli soydaşlarımız Cənubi Azərbaycan Respublikasının yaradılmasında maraqlı olmalı, müstəqilliyə can atmalıdırlar” Pravda.az

O bildirib ki, Razi Nurullayevin adından saxta səhifələr açırlar: ““Öndəyik” paylaşımı da Razi Nurullayevin adından paylaşılıb. Prezidentliyə namizəd olduqdan sonra bu, birinci hal deyil. Bilmirlər ki, Razi bəy qəti surətdə belə şey etməz? Sosial şəbəkələrdə bunu qəsdən paylaşırlar”.

Geri qayıt