Əsas Səhifə > Partiya, Güney Press > Azərbaycanda prezident seçkiləri: xalq kimə səs verəcək?

Azərbaycanda prezident seçkiləri: xalq kimə səs verəcək?


31-01-2024, 09:03
Azərbaycanda prezident seçkiləri: xalq kimə səs verəcək?
Əksər seçkilərdə olduğu kimi, 7 fevral 2024-cü ildə Azərbaycanda reallaşacaq prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Müstəqil Ekspert Qrupunun təşkil etdiyi sorğuya Bakı şəhərinin 1354 sakini cəlb olunub.

Reyting.az xəbər verir ki, sorğu Bakı sakinlərinin müxtəlif təbəqələrini - alimləri (301 nəfər), müəllimləri (311 nəfər), tələbələri (571 nəfər), təqaüdçüləri (171 nəfər) əhatə edib.

Sorğuda iştirak edən respondentlər Azərbaycan Respublikasının Prezidenti və prezidentliyə namizəd İlham Əliyevə səs verəcəklərini bildiriblər.

“Siz kimə səs verəcəksiniz?” sualına cavab verən respondentlər öz cavablarını aşağıdakı kimi əsaslandırıblar:

- İlham Əliyevə - Azərbaycanın xilaskarı olduğuna görə;

- İlham Əliyevə - dünyada analoqu olmayan 44 günlük müharibə ilə 30 il ərzində erməni işğalı altında qalan bütün torpaqlarımızı azad etdiyinə görə;

- İlham Əliyevə - Qarabağı azad edib orada Zəfər paradı keçirdiyinə görə;

- İlham Əliyevə - respublikamızda sabitlik yaratdığına görə;

- İlham Əliyevə - mənim bir prezidentim var;

- İlham Əliyevə - alternativi olmadığına görə;

- İlham Əliyevə - Azərbaycanın xidmətçisi olduğuna görə;

- İlham Əliyevə - Azərbaycanı dünyada söz sahibi etdiyinə görə;

- İlham Əliyevə - Türk Dünyası Dövlətlərinin birliyini yaratdığına görə;

- İlham Əliyevə - Türkiyə-Azərbaycan əlaqələrini dünya miqyasında yüksəltdiyinə görə;

- İlham Əliyevə - dünya elminin korifeylərini yetişdirən İsraillə münasibətlərimizi yüksəltdiyinə görə;

- İlham Əliyevə - Azərbaycan elminin gələcəyi ilə bağlı böyük layihələrinə görə;

- İlham Əliyevə - dünya miqyaslı ordu yaratdığına görə;

- İlham Əliyevə - nəinki namizədlər arasında, hətta bütün Azərbaycanda alternativi olan bir kimsə olmadığına görə;

- İlham Əliyevə - yaxın gələcəkdə Azərbaycanın məhkəmə sistemini tamamilə islah edəcəyinə görə;

- İlham Əliyevə - Azərbaycanda qanunları şah edəcəyinə və Avropa Parlamentini mat edəcəyinə görə;

- İlham Əliyevə - Şuşanı Azərbaycanın mədəniyyət mərkəzi elan etdiyinə görə;

- İlham Əliyevə - işğaldan xilas etdiyi şəhər və kəndlərin yerində ağıllı şəhərlər və kəndlər yaratdığına görə;

- İlham Əliyevə - işğaldan azad etdiyi bütün kənd və şəhərlərin salınmasında bilavasitə iştirakına görə;

- İlham Əliyevə - işğaldan azad olunan bütün kənd və şəhərlərdə müəssisələrin və iş yerlərinin yaradılmasında bilavasitə iştirak etdiyinə görə;

- İlham Əliyevə - 21-ci əsrdə də müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın qarşısında əyilmədiyinə görə;

- İlham Əliyevə - BMT-dən sonra dünyanın 2-ci böyük təşkilatı olan Qoşulmama Hərəkatının bir neçə dəfə sədri olduğuna görə;

- İlham Əliyevə - Qoşulmama Hərəkatı vasitəsilə dünya siyasətinə təsir etdiyinə görə;

- İlham Əliyevə - dünyanın super güclərindən olan Çinlə qarşılıqlı münasibətlər yaratdığına görə;

- İlham Əliyevə - dünyanın super güclərindən olan Rusiya ilə qarşılıqlı münasibətlərimizi saxladığına görə;

- İlham Əliyevə - Qafqaz regionunda sülhün yaranması naminə böyük səylər göstərdiyinə görə;

- İlham Əliyevə - dünyada sülhün yaranması naminə böyük səylər göstərdiyinə görə.

Müstəqil Ekspert Qrupunun keçirdiyi sorğunun nəticəsi budur: xalq İlham Əliyevə - Azərbaycanın gələcəyinə səs verəcək!!!

Qeyd edək ki, Müstəqil Ekspert Qrupunun rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov, Müstəqil Ekspert Qrupunun üzvü isə fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyevdir.

Geri qayıt